Hakimi söyən Bellingem buna görə cəzasız qalacaq

Hakimi söyən Bellingem buna görə cəzasız qalacaq

La Liqanın 6-cı turunda "Espanyol"la oyunda (4:1) hakimi təhqir edən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem cəzasız qalacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Matçın sonunda baş hakim Xose Munuera Montero britaniyalıya Xose Qraquera ilə mübahisəyə görə sarı vərəqə göstərib. Yarımmüdafiəçisi rəqibə də kart göstərilməməsindən narazı qalıb. Bundan sonra, Bellingem ingilis dilində söyüş söyüb: "Sən bir pisliksən".

İspaniyanın Hakimlərin Texniki Komitəsi (CTA) hakimin Cudun sözlərini eşitmədiyi üçün şikayət verməyəcək. Komitə hesab edib ki, "Real Madrid"in yarımmüdafiəçisi bu sözləri sözləri ictimaiyyətə nümayişkaranə şəkildə açıqlamadığı üçün epizodla bağlı apellyasiya şikayətinə ehtiyac yoxdur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər