Hafiz Əliyev dünyasını dəyişdi

Hafiz Əliyev dünyasını dəyişdi

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib, futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasında baş katib vəzifəsində çalışıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər