“Göygöl” və “Füzuli”dən ev, Qusar klublarından səfər qələbəsi

“Göygöl” və “Füzuli”dən ev, Qusar klublarından səfər qələbəsi

II Liqada 5-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

Yeddi qolun qeydə alındığı “Göygöl” - “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Füzuli” - “Şəfa” oyununda da birincilər üstün olublar. “Kürmük Qax”ın qonağı olan “Qusar” inamlı qələbəyə sevinib. “Şahdağ Qusar” isə səfərdə “Şəki Siti”yə 5 cavabsız qolla qalib gəlib.

II Liqa 5-ci tur 3 oktyabr

“Füzuli” – “Şəfa” 2:1 Qollar: Rəvan Abbasov, 1. Loğman Əliyev, 43-öz qapısına – İbrahim İsmayılov, 29. Bakı. “ASK Arena”, 13:00.

“Kürmük Qax” – “Qusar” 1:3 Qollar: Kazbek Qafarov, 90+3-öz qapısına – Aslan Hüseynov, 5. Şahmar Sədiyev, 16. Sərxan Ağayev, 39. Qax OİK stadionu, 14:30.

“Şəki Siti” – “Şahdağ Qusar” 0:5 Qollar: Tural Qürbətov, 7. Salman Atluxanov, 12. Afin Bağırov, 17. Mehdi Rəsulov, 72. İlqar Hüseynov, 75. Şəki şəhər stadionu, 15:00.

“Göygöl” – “Dinamo” 4:3 Qollar: Vüsal Mehdiyev, 4. Fərid Məmmədov, 35. Kərim Vəliyev, 89. Ülvi Cəfərov, 90+4 – Yusif Cəfərov, 53. Elmin Əsgərli, 57; 61. Göygöl OİK stadionu, 15:00.

Turun digər oyunları:

“Cəbrayıl” – “Kür-Araz” 1:0 “Şəmkir” – “Ağdaş” 3:2 “Lerik” – “Baku Sportinq” 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər