Gürcüstan Tokio 2020-də ilk "qızıl"ını qazandı

Gürcüstan Tokio 2020-də ilk "qızıl"ını qazandı
Cüdo üzrə kişilərdən ibarət Gürcüstan millisinin üzvü Laşa Bekauri Tokio 2020-nin qalibi olub.
Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu, finalda almaniyalı Eduard Trippeli "vaza-ari" xalı ilə məğlub edib. 
Bu il Lissabonda keçirilən Avropa çempionatında birinci olan 21 yaşlı Bekauri, Tokio 2020-də ölkəsinə ilk qızıl medal qazandırıb. 
Qeyd edək ki, Gürcüstan 32-ci Yay Olimpiya Oyunlarında bu günə qədər 1 qızıl, 2 gümüş medal qazanıb. Medalların hamısı cüdo növündə əldə olunub.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər