Güləşçilərimiz dünya birinciliyindəki rəqiblərini tanıdı

Güləşçilərimiz dünya birinciliyindəki rəqiblərini tanıdı

Nur - Sultanda (Qazaxıstan) güləş üzrə dünya birinciliyi davam edir.

 

 

Fanat.Az xəbər verir ki, bu gün yarışın 3-cü günü üçün püşk atılıb. Yunan - Roma güləşçilərimiz rəqiblərini tanıyıb.

60 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxacaq Taleh Məmmədov bolqarıstanlı İvo Angelovla gücünü sınayacaq. Elvin Mürsəliyev (77 kq) gürcü Gela Bolkvadzenin müqavimətini qırmağa çalışacaqsa, ölkəmizin adından güləşən Beka Kandelaki Belarus təmsilçisi Pavel Rudakovla münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, Rafiq Hüseynov (82 kq) bu gün finalda güləşəcək, Eldəniz Əzizli (55 kq) "bürünc” uğrunda qurşaq tutacaq.

Xoş olmasa belə, Azərbaycanın medal ümidlərindən çoxunun arzuları gözlərdə qoyduğunu da yada salaq. Belə ki, Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) uğursuzluğa düçar olub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər