"Grand Chess Tour": Teymur Rəcəbov neçənci oldu?

"Grand Chess Tour": Teymur Rəcəbov neçənci oldu?
Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin son günündə daha 9 blits partiyada zəkasını sınayıb.
Bu görüşlərin 5-də məğlub olan 34 yaşlı qrossmeyster 2 oyunda qələbə qazanıb. 2 qarşılaşma isə heç-heçə ilə başa çatıb.
Yekunda 14 xal toplayan Rəcəbov yarışı 9-cu pillədə başa vurub.
Qeyd edək ki, turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub. Rusiyalı Yan Nepomnyaşi 2-ci, fransalı Maksim Vaşye-Laqrav isə 3-cü yeri tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər