Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA

Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb) Azərbaycan Premyer Liqası dünyanın dördbir yanından legioner futbolçular çıxış edir. Limitin əlverişli olması buna şərait yaradır. Səviyyəli legionerin transferi həmişə yaralı yerimiz olsa da, əcnəbi futbolçuların qıtlığından şikayətlənməyə dəyməz. Bir yandan da əcnəbilər üçün ödənən rüsum o qədər də yüksək deyil. Beş-altı il əvvələ kimi klublar bir legioneri sifariş etmək üçün 20 min manatından keçməli olurdusa, 2016-2017 mövsümündən bu məbləğ 4 dəfə azaldıldı. 

Azərbaycan klublarına bu mövsüm nə qədər legioner cəlb olunub?

Əsasən hansı ölkə təmsilçilərinə üstünlük verilib? 

Klublar 2022-2023 mövsümünün iki transfer dönəmində Peşəkar Futbol Liqasına nə qədər rüsum ödəyib?

Bu yöndə araşdırmamızın nəticəsini təqdim edirik...

Kimlərə rüsum güzəşti olunub?

Bəribaşdan çempionatın əsasnaməsindəki müvafiq bəndi xatırladaq.  Azərbaycan klubları hər bir əcnəbi futbolçunu sifariş etmək üçün 5 min manat rüsum ödəməlidir. Mövsüm ərzində 14 futbolçunu bu məbləğə qeydiyyata aldırmaq mümkündür. Amma onların sayı 14-dən çox olduqda, rüsum onqat artaraq 50 min manata çatdırılır. Başqa sözlə, 15-ci legionerdən başlayaraq hər bir gəlmə futbolçuya görə 50 min manat tələb olunur. Əcnəbi futbolçular üçün güzəşt də nəzərdə tutulub. Belə ki, öz ölkəsinin milli komandasının üzvü olan və təmsilçimizlə müqavilə bağladığı müddətdən əvvəlki 1 il ərzində rəsmi oyunda meydana çıxan legionerlər rüsumdan azaddır. Belələrinin sayı iki əlin barmaqlarının sayına sığacaq qədər, konkret, 9-dur: "Qarabağ"dan Marko Yankoviç və Marko Veşoviç, "Neftçi"dən Solomon Kverkveliya və Yeqor Boqomolski, "Zirə"dən İssa Cibrila və Moiz Adileu, "Sabah"dan Davit Volkov, "Sumqayıt"dan Todor Todoroski, "Turan Tovuz"dan Xulu Siyanda...  Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA Braziliyalılar "at oynadır"

Hazırda davam edən və 22 turu arxada qalan Azərbaycan Premyer Liqasının 2022-2023 mövsümündə 114 legioner sifariş olunub. Düzdür, onlardan 19-u ilə artıq yollar ayrılıb. Qış fasiləsində bu qədər futbolçu göndərilib. Mövsümün ikinci yarısı 95 əcnəbi futbolçu ilə davam etdirilir.  

Gəlmə oyunçuların təmsilçilik baxımından coğrafiyasına nəzər yetirsək, ötən yaydan ölkəmizə 42 ölkədən futbolçu gəlib. Üstünlük braziliyalılara verilib. Belə ki, yaydan üzübəri 13 "sambaçı" Azərbaycan klublarına cəlb olunub. İlk "üçlük"də qonşu Gürcüstan və Rusiya təmsilçiləri qərarlaşıb. 

Braziliya - 13 Gürcüstan - 9 Rusiya - 8 Fransa - 7 Nigeriya - 7 Portuqaliya - 6 Serbiya - 6 Ukrayna - 6 Qana - 4 Belarus - 3 İspaniya - 3 Monteneqro - 2 Albaniya - 2 Seneqal - 2 Xorvatiya - 2 İsrail - 2 İran - 2 Belçika - 2 Niderland - 2 Şimali Makedoniya - 2 Toqo - 2 Argentina - 2 Kolumbiya - 1 Paraqvay - 1 ABŞ - 1 Haiti - 1 Benin - 1 Yunanıstan - 1 Niger - 1 İordaniya - 1 Almaniya - 1 Yaponiya - 1 Liberiya - 1 Kamerun - 1 Böyük Britaniya - 1 Burkina Faso - 1 CAR - 1 Moldova - 1 Qvineya - 1 Bosniya və Hers. - 1 Qazaxıstan - 1 Bolqarıstan - 1 "Limit"i keçən klublar 

Klubların legioner əməliyyatlarına ayrılıqda baxsaq, "Neftçi" legionerlərə hamıdan çox ehtiyac duyub. "Ağ-qaralar" 16 əcnəbi futbolçunun xidmətindən yararlanıb. Düzdür, onlardan biri - iranlı Elşən Sabbaqi əvəzedici komandada çıxış edib.  

Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA İkinci sırada "Sumqayıt" qərarlaşıb. Nə qədər təəccüblü görünsə də, bu mövsümə qədər "legionersiz komanda" strategiyası yürüdən "Gənclik şəhəri" təmsilçisi indi bu istiqamətdə öncüllərdəndir. "Üçlüy"ü "Qarabağ" tamamlayır. Ağdam klubu bu mövsüm 14 legioner transferi reallaşdırıb ki, onlardan 3-ü artıq komandanı tərk edib. David Sayenko isə əvəzedic komandaya cəlb olunub. Ümumiyyətlə, "Səbail"də (2) və "Qəbələ"də də "dubl"da çıxış edən legionerlər var.    Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA

              Legioner sayı      Cəmi              (olan+gedən) 

Neftçi           12+4                  16     Sumqayıt      9+6                   15      Qarabağ       11+3                 14     Zirə               12+1                 13     Səbail           12                     12 Qəbələ         11+1                  12     Kəpəz           8+3                   11     Sabah           11                     11 Turan Tovuz   9+1                 10 Şamaxı           0                       0     Əvəzedici komanda: Səbail - 2, Qarabağ - 1, Qəbələ - 1, Neftçi - 1.

"Neftçi" ilə "Sumqayıt" onqat ödədi 

Qeyd etdiyimiz kimi, 2 klub - "Neftçi" və "Sumqayıt" 14-dən çox legioner sifariş edib və bu, güzəşt limitinin keçilməsi deməkdir. Düzdür, 16 əcnəbidən 2-si - Solomon Kverkveliyayla Yeqor Boqomolski uyğun olaraq, Gürcüstan və Belarus millilərinə çağırıldıqları üçün "Neftçi"ni ziyana salmayıblar. Başqa sözlə, bakılılar bu iki futbolçuya görə PFL-ə rüsum ödəməyib. Əvəzində Premyer Liqa klubları arasında rekord məhz "ağ-qaralar"a məxsusdur. Klub legionerlərindən ikisinə - Matias Saldanya və Kilan Lebona görə 100 min (hərəsinə 50 min) ödəyib. Digər 12 əcnəbinin hər birinə isə 60 min manat xərclənib. Beləliklə, "Neftçi" legionerlərə görə yarışı təşkil edən quruma hamıdan çox - 160 min manat rüsum ödəyib.

"Sumqayıt"da bu məbləğ 115 min manatdır. "Gənclik şəhəri" təmsilçisinin 15 legionerindən biri rüsumdan azaddır. Belə ki, Şimali Makedoniya millisinə müntəzəm dəvət olunan Todor Todoroskiyə görə "əli cibə salmaq" lazım gəlməyib. Bununla belə, güzəşt limitini aşan Azərbaycan əsilli rusiyalı futbolçu Kamran Əliyevin Premyer Liqada oynamaq üçün icazəsi "Sumqayıt"a digərlərindən onqat baha başa gəlib.   

"Qarabağ", həmçinin "Qəbələ" və "Səbail" gəlmələr üçün 60 min manat xərcləməli olub. Legioner oynatmayan "Şamaxı"nı nəzərə almasaq, əcnəbilərə ən az xərc çəkən "Turan Tovuz"dur. "Qərb təmsilçisi" 10 legionerə görə PFL-ə 45 min manat rüsum ödəyib. Əslində, bu məbləğ 50 min olmalıdır. Ancaq Cənubi Afrika Respublikası millisinə daim dəvət alan Xulu Siyanda rüsumdan azad edilib.  Ümumilikdə, PFL legionerlərin sifarişindən 660 min matat əldə edib.

Qarabağ – 60 000 AZN

Luka Quqeşaşvili Gürcüstan – 5 000 AZN Marko Veşoviç Monteneqro - Milli üzvü/rüsum ödənməyib Kevin Medina Kolumbiya – 5 000 AZN Yassin Benzia Fransa – 5 000 AZN Adama Diakabi Fransa – 5 000 AZN Julio Romao Braziliya – 5 000 AZN Marko Yankoviç Monteneqro - Milli üzvü/rüsum ödənməyib Leandro Andrade Portuqaliya – 5 000 AZN Abdullah Zubir Fransa – 5 000 AZN Redon Cica Albaniya – 5 000 AZN Kvabena Ovusu Qana – 5 000 AZN Kadi Borqes Braziliya – 5 000 AZN İbrahim Vadji Seneqal – 5 000 AZN David Sayenko Rusiya (dubl) – 5 000 AZN

Neftçi – 160 000 AZN

İvan Brkiç Xorvatiya – 5 000 AZN Solomon Kverkveliya Gürcüstan - Milli üzvü/rüsum ödənməyib Voyislav Stankoviç Serbiya – 5 000 AZN Vato Arveladze Gürcüstan – 5 000 AZN Ataa Caber İsrail – 5 000 AZN Azər Əliyev Rusiya (sifariş zamanı hələ Rusiya idi) – 5 000 AZN Sezar Meza Kolli Paraqvay – 5 000 AZN Yeqor Boqomolski Belarus - Milli üzvü/rüsum ödənməyib Kennet Saef ABŞ – 5 000 AZN Yusuf Laval Nigeriya – 5 000 AZN Qodsvey Donyo Qana – 5 000 AZN Mamadu Mbodj Seneqal – 5 000 AZN Gilyerme Pato Braziliya – 5 000 AZN Elşən Sabbaqi İran (dubl) – 5 000 AZN Kilan Lebon Fransa – 50 000 AZN     Mateus Saldanya Braziliya – 50 000 AZN

Zirə - 55 000 AZN

Vild-Donald Gerye Haiti – 5 000 AZN Moiz Adileu Benin - Milli üzvü/rüsum ödənməyib Nemanya Andelkoviç Serbiya – 5 000 AZN Dmitrios Çantakias Yunanıstan – 5 000 AZN Abbas İbrahim Nigeriya – 5 000 AZN İssa Cibrila Niger - Milli üzvü/rüsum ödənməyib Andriya Lukoviç Serbiya – 5 000 AZN Hamidu Keyta Fransa – 5 000 AZN Loris Broqno Belçika – 5 000 AZN Mohamed Hamdaui Niderland – 5 000 AZN Vladislav Kulaç Ukrayna – 5 000 AZN Toni Qomes Portuqaliya – 5 000 AZN Filipe Paxtman Braziliya    – 5 000 AZN

Qəbələ - 60 000 AZN

Kristof Assimba-Atanqana İspaniya – 5 000 AZN Ruan Renato Braziliya – 5 000 AZN Andrey Strijak Ukrayna – 5 000 AZN Feras Abu Akal İsrail – 5 000 AZN Omar Hani İordaniya – 5 000 AZN İsnik Alimi Şimali Makedoniya    – 5 000 AZN     Felipe Santos Braziliya – 5 000 AZN Yaovi Akakpo Toqo – 5 000 AZN Ramon Maçado Braziliya – 5 000 AZN Rafael Utziq Braziliya – 5 000 AZN Chichin Akande Nnamchi Nigeriya (dubl) – 5 000 AZN Əyyub Allaş Belçika - 5 000 AZN

Sabah – 50 000 AZN

Zurab Oçiqava Ukrayna – 5 000 AZN Abdulaye Ba Portuqaliya – 5 000 AZN Con İrasabal İspaniya – 5 000 AZN Boyan Letiç Serbiya – 5 000 AZN Aleksey Kaşuk Ukrayna – 5 000 AZN Kristian da Silva Braziliya – 5 000 AZN Coy-Lens Mikels Almaniya – 5 000 AZN Emmanuel Apeh Nigeriya – 5 000 AZN Kristian Sebalyos İspaniya – 5 000 AZN Davit Volkov Gürcüstan - Milli üzvü/rüsum ödənməyib Niachayeu Aliaksandr Belarus – 5 000 AZN

Sumqayıt – 115 000 AZN

İlnur Valiev Rusiya – 5 000 AZN Todor Todoroski Şimali Makedoniya - Milli üzvü/rüsum ödənməyib Stiven Pereyra Niderland – 5 000 AZN Masaki Murata Yaponiya – 5 000 AZN Dieqo Karioka Braziliya – 5 000 AZN Terrens Tisdel Liberiya – 5 000 AZN Alya Ture Qvineya – 5 000 AZN Karim Abubakar Qana – 5 000 AZN Filipe Çabi Portuqaliya – 5 000 AZN Almir Aqanspahiç Bosniya və Herseqovina – 5 000 AZN Damian Daniçiç Serbiya – 5 000 AZN Rifat Nurmuqamet Qazaxıstan – 5 000 AZN Riçard Qadze Qana – 5 000 AZN Ouro-Nil Ture Toqo – 5 000 AZN Kamran Əliyev Rusiya – 50 000 AZN

Səbail – 60 000 AZN

Petro Stasiuk Ukrayna – 5 000 AZN Qustavo de Fransa Braziliya – 5 000 AZN Matiya Lyuyiç Serbiya – 5 000 AZN Qomis David Fransa – 5 000 AZN Maksim Çex Ukrayna – 5 000 AZN Franko Mazurek Argentina – 5 000 AZN Emil Martinov Bolqarıstan – 5 000 AZN Qoba Zakpa Portuqaliya – 5 000 AZN Kizito Luvaqa Portuqaliya – 5 000 AZN  Fakundo Kardoso Argentina – 5 000 AZN  Tahir Hasanov Rusiya – 5 000 AZN Elvin Valiiev Rusiya – 5 000 AZN

Kəpəz – 55 000 AZN

Mario Mustapiç Xorvatiya – 5 000 AZN Yeqor Xvalko Belarus – 5 000 AZN Martins Junior Braziliya – 5 000 AZN Ahmed Ayzaya Nigeriya – 5 000 AZN Abdullahi Şuaybu Nigeriya – 5 000 AZN Giorgi Kantariya Gürcüstan – 5 000 AZN Mate Kvirkviya Gürcüstan – 5 000 AZN Salif Sisse Fransa – 5 000 AZN Mixeil Erqemlidze Gürcüstan – 5 000 AZN Peyman Keşavarzi İran  – 5 000 AZN Rinat Quseynov Rusiya – 5 000 AZN

Turan Tovuz – 45 000 AZN

Denis Marandiçi Moldova – 5 000 AZN Xulu Siyanda Cənubi Afrika Respublikası - Milli üzvü/rüsum ödənməyib Ben Aziz Dao Burkina Faso – 5 000 AZN Okebuqvu Henri Nigeriya – 5 000 AZN Ayxan Quseynov Rusiya – 5 000 AZN Piruzi Marakvelidze Gürcüstan – 5 000 AZN Natan Oduva Böyük Britaniya – 5 000 AZN Belajdi Pusi Albaniya – 5 000 AZN Eva Runi    Kamerun – 5 000 AZN İmeda Aşortiya Gürcüstan – 5 000 AZN

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər