“Gabala Cup” təxirə salındı - ikinci dəfə

“Gabala Cup” təxirə salındı - ikinci dəfə
“Gabala Cup” turniri təxirə salınıb. Fanat.az xəbər verir ki, bu barədə futbolxeber.com-a müsahibəsində "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Vitse-prezident bildirib ki, klubun büdcəsində dəyişikliklər baş verib: "Klub prezidenti Tale Heydərovun da iştirakı ilə həmin toplantı baş tutub. Müəyyən müzakirələr aparıldı, büdcə ilə bağlı dəyişikliklər oldu. Qərara alındı ki, bu il keçirilməsi nəzərdə tutulan “Gabala Cup” təxirə salınsın. Hazırda “Qəbələ” akademiyasının yeni binası tikilir. Düşündük ki, həmin binanın tikintisi daha vacibdi. Ona görə də müvəqqəti olaraq, “Gabala Cup” keçirilməyəcək. Bəzi başqa dəyişikliklər də baş verdi. Amma ümumi götürdükdə, devalvasiyanın büdcəyə ciddi təsiri olmadı".
Qeyd edək ki, “Gabala Cup” ötən il Avropa oyunlarına görə təxirə salınmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər