"Fulhem" onu aldığından 22 dəfə baha satır

"Fulhem" onu aldığından 22 dəfə baha satır

"Fulhem"in və ABŞ millisinin müdafiəçisi Entoni Robinson iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Evening Standard" yayıb.

Xəbərə görə, "bağbanlar"ın yeni müqavilə təklifinə "yox" deyən amerikalının xidmətində "Nyukasl" maraqlıdır. Mənbə "Fulhem"in indiki anlaşmasının müddəti gələn ilin yayına qədər nəzərdə tutulan Robinsonu satacağını vurğulayıb. Çempionlar Liqası üçün güclü heyət formalaşdırmağı hədəfləyən "sağsağanlar"ın sözügedən oyunçu üçün tələb olunan məbləği - 44 milyon dolları ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, "Fulhem" Robinsonu 2020-ci ildə, 2 milyon dollar qarşılığında "Uiqan"dan transfer edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər