Fransa Liqa1-də irqçi təhqirə yol verilib.
Fanat.Az "CDF Football"a istinadən xəbər verir ki, insident dünən keçirilən "Klermon" - "Brest" matçında yaşanıb.
Qonaq komandanın hücumçusu İslam Slimani rəqib futbolçunun onu irqi zəmində təhqir etməsindən hakimə şikayətlənib. Əlcəzairli futbolçu 34 yaşlı fransalı yarımmüdafiəçi Yohan Qastyeni göstərərək: “O, məni çirkin ərəb adlandırdı”, - deyib.
Lors du match Clermont - Brest en Ligue 1, Islam Slimani ?? s'est plaint auprès de l'arbitre car un joueur adverse la insulté de "sale arabe". Insulte raciste prise a la légère et le joueur n'a pas été sanctionné. pic.twitter.com/xIwShVrwp8
— ??? ???????? ?? (@CDF_Football) October 23, 2022
Bununla belə, ədalət təmsilçiləri günahlandırılan futbolçuya qarşı tədbir görməyiblər.
Qarşılaşma brestlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mirağa