"Fransada bundan danışmaqdan bezmişik" - Emmanuel Peti

"Fransada bundan danışmaqdan bezmişik" - Emmanuel Peti

Fransa millisinin heyətində dünya və Avropa çempionu olan Emmanuel Peti PSJ-nin hücumçusu Kilian Mbappenin "Real Madrid"ə mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, AS nəşrinə danışan veteran futbolçu Mbappenin keçidi ətrafında söz-söhbətdən bezdiyini dilə gətirib:   “Mbappe "Real Madrid"ə keçsə, bu, problem ola bilər. Təkcə soyunub-geyinmə otağında maaşlardakı fərq baxımından deyil, həm də liderlik cəhətdən. Bellinqem və Vinisius cinahlarda əladır, Mbappe getsə, mərkəz hücumçusu kimi oynamalı olacaq. Amma hamımız bilirik ki, bu, onun ən yaxşı mövqeyi deyil. 

Fransada hamımız yorulmuşuq: altı aydan bir eyni hekayə. O, gedir? O, gedəcək? O, qalacaq? Bu səhər yeməyini yaxşı yedi? "Bayır"a necə çıxdı? Biz Fransada bundan bezmişik.

Başa düşürəm ki, bütün diqqət həmişə Mbappenin üzərində cəmləşib. PSJ qalıb qıraqda, həmişə Mbappedən danışırıq. Hər üç həftədən bir bu barədə danışmaqdan çox yoruldum”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər