Fransa yığmasında Benzema şoku

Fransa yığmasında Benzema şoku

Futbol üzrə Fransa yığmasının hücumçusu Kərim Benzema Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Fanat.Az xəbər verir ki, buna Madrid “Real”ının təcrübəli hücumçusunun bu gün baş tutan məşqdə zədə alması səbəb göstərilir.

RMC-nin yaydığı məlumata görə, əzələ zədəsi ilə üzləşən futbolçu məşqi yarıda qoyub. Benzemanın durumu ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Amma ehtimal edilir ki, Kərim bu zədəyə görə mundialı kənardan izləmək məcburiyyətində qala bilər.

Fransa yığması mundialda Danimarka, Tunis və Avstraliya ilə qarşılaşacaq. “Xoruzlar”ın ilk matçı noyabrın 22-də Avstraliya yığmasına qarşı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər