Fransa nəhəngi MS-nin ulduzuna yenidən "elçi düşdü"

Fransa nəhəngi MS-nin ulduzuna yenidən "elçi düşdü"

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva PSJ klubuna keçə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Le10Sport" yayıb. 

Mənbənin məlumatına görə, 28 yaşlı portuqaliyalı komandanın yenidən qurulması yönündə PSJ-nin növbəti mövsüm üçün əsas transfer hədəfidir.

Futbolçunun bazar dəyəri 80 milyon avrodur. O, ötən yay da Paris klubunun transfer siyahısında olsa da, MS futbolçusunu satmamışdı.

Bernardu Silva bu mövsüm 49 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər