Fransa millisi Avropa çempionatının gedişində yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, Didye Deşamın komandası bu gün (22 iyun) “Paderborn”un ehtiyat komandası ilə qarşılaşacaq.
Bu oyunda Fransa millisinin bütün ehtiyat oyunçuları iştirak edəcək, o cümlədən qoruyucu maskasını sınamaq istəyən Kilian Mbappe iştirak edəcək.
Xatırladaq ki, fransalı ulduz forvard qrup mərhələsinin ilk turunda Avstriya ilə görüşdə (1:0) burnunu sındırıb və bu səbəbdən Niderland ilə ikinci turun oyununu (0:0) buraxıb.
Mirağa