Fransa Kubokunun final matşı keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici oyunda PSJ ilə "Monako” qarşılaşıb.
Paris təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Paytaxt klubunun qollarını 19-cu dəqiqədə Mauro İkardi, 81-də isə ilk qolun ötürməsini verən Kilian Mbappe vurub.
PSJ ardıcıl ikinci Fransa Kubokunun qalibi olub. Ümumilikdə 14 belə uğura imza atan kollektiv ölkəsinin rekordçusudur.
Fanat.Az