Fransa klubunda məşqçi dəyişikliyi: Jülyen xələfini əvəz edəcək

Fransa klubunda məşqçi dəyişikliyi: Jülyen xələfini əvəz edəcək

Fransanın "Renn" klubu baş məşqçi Bruno Genesio ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, qərar bu gün rəsmən açıqlanacaq. 

57 yaşlı Genesionu Fransa klubunu 43 yaşlı Jülyen Stefan əvəz edəcək. Hansı ki, o, 2018-ci ilin dekabrından 2021-ci ilin martına qədər klubu çalışdırıb. Genesio baş məşqçi postunda məhz Stefanı əvəz etmişdi.

Genesio 2021-ci ilin martından bu yana keçən iki il yarım ərzində komandanı 125 matç keçirdi. Bunlardan 65-də qalibiyyət, 25-də heç-heçə, 35-də isə məğlubiyyət qeydə alınıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər