Fransa klubu Poçettino ilə danışıqlara başlayır

Fransa klubu Poçettino ilə danışıqlara başlayır

PSJ və "Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettino "Nitsa" rəhbərliyinin maraq dairəsindədir. 

Fanat.Az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

İddiaya görə, Fransa klubu hazırkı baş məşqçi Lüsyen Favrın işindən narazıdır. “Nitsa” rəhbərliyi ona əvəzləyici axtarır. Poçettino "qartallar" üçün prioritet seçimdir.

"Nitsa" təmsilçiləri yaxın günlərdə argentinalı ilə danışıqlara start verəcəklər. Klubun təcrübəli mütəxəssisin maliyyə və digər tələblərini yerinə yetirməyə hazır olduğu bildirilir. 

Poçettino hazırda klubsuzdur. O, ötən mövsümün sonunda PSJ-dən ayrılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər