Fransa klubu İran millisinin forvardını aparır

Fransa klubu İran millisinin forvardını aparır

Fransanın "Olimpik Lion" klubu İran millisinin hücumçusu Sərdar Azmun üçün "Zenit"ə təklif göndərib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "L'Equipe" nəşri yayıb.

Mənbə Fransa təmsilçisinin sözügedən forvardı 11 milyon avroya transfer etmək istədiyini vurğulayıb. 

2019-cu ildən "Zenit"də oynayan Azmun ötən mövsüm Rusiya Premyer Liqasında 24 oyuna çıxıb. Bu matçlarda 19 qol vuran iranlı futbolçu 2 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər