"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Mançester Siti"nin ötən mövsümü icarə əsasında Kataloniya komandasında keçirmiş müdafiəçisi Joau Kanselunun transfer edilməsini uyğun sayır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, MS Kanselunu 20 milyon avrodan bir qədər baha qiymətə satmağa hazırdır. Mənbə tərəflərin hazırda danışıq apardıqlarını vurğulayıb.
Qeyd edək ki, Kanselu ötən mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 42 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat