Flik İngiltərə nəhəngində? - AÇIQLANDI

Flik İngiltərə nəhəngində? - AÇIQLANDI

"Bayern Münhen"in və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik İngiltərə nəhəngini çalışdırmaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.

Xəbərə görə, Maurisio Poçettino ilə yolları ayıran "Çelsi"nin idarəçiləri Flikə təklif göndərsələr də, alman mütəxəssis bu çağırışı müsbət qarşılamayıb. Mənbə onun başqa layihələr barədə düşündüyünü vurğulayıb.

Xatırladaq ki, "zadəganlar" Poçettino ilə əməkdaşlığa son qoyduqlarını dünən açıqlayıblar.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər