"Fiorentina" rusdan necə qurtulacaq? - SON DURUM

"Fiorentina" rusdan necə qurtulacaq? - SON DURUM

"Fiorentina"nın mövsüm öncəsi məşqlərinə dəvət edilməyən Aleksandr Kokorinin son durumuna aydınlıq gəlib.

Fanat.Az "RB Sport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu üçün "bənövşəyilər"ə müraciət edən olmayıb.

Hazırda fərdi məşqlərlə kifayətlənən rus hücumçunun qışa qədər bu qaydada çalışacağı vurğulanıb. Xəbərə görə, qış transfer pəncərəsi açılandan sonra "Fiorentina" rəhbərliyi ondan qurtulmağın yollarını yenidən arayacaq.

Qeyd edək ki, Kokorin "Fiorentina"ya ötən ilin yanvarında keçib. O vaxtdan bəri cəmi 216 dəqiqə meydanda olan Rusiya millisinin üzvü məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər