Finalda Mançester derbisi olacaq

Finalda Mançester derbisi olacaq

İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün sonuncu finalçı müəyyənləşib.

“Mançester Yunayted”lə “Brayton” arasındakı sonuncu yarımfinal görüşünün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MY finala yüksəlib.

Daha öncə “Mançester Siti” də finala vəsiqə qazanmışdı. Beləliklə, iyunun 3-də keçiriləcək həlledici oyunda Mançester təmsilçiləri üz-üzə gələcəklər.

İngiltərə Federasiya Kuboku Yarımfinal 22 aprel

Mançester Siti – Şeffild Yunayted 3:0 Qol: Mahrez, 43; 61; 66.

23 aprel

Brayton – Mançester Yunayted 0:0 (penaltilər 6:7)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər