Futbol tarixinin ən uğurlu məşqçilərindən biri olan ser Aleks Ferqusson düz 9 ildir təqaüdə çıxsa da, yenə milyonlar qazanır.
Fanat.Az "The Sun"a ostimadən xəbər verir ki, 1986-2013-cü illərdə İngiltərənin "Mançester Yunayted" klubuna rəhbərlik edən 80 yaşlı şotlandiyalı həftədə 235 min funt-sterlinq qazanır.
Bura onun kitab satışından, özünün investisiya şirkətindən əldə etdiyi gəlirlər, habelə "Mançester Yunayted" klubunun səfiri kimi aldığı pullar daxildir.
Mənbə Ferqusonun şirkətlərinin dəyərinin 40 milyon funt sterlinqə yüksəldiyini bildirdi. O, təkcə keçən il 12,2 milyon funt sterlinq qazanıb. Britaniya mediası 2021-ci ildə aktivinin dəyəri 17,5 milyon funt-sterlinqdən 26 milyon funta yüksələn əfsanəvi məşqçinin istifadə etdiyi "ACF Sports Promotions" şirkətinin gəlirlərinə diqqət çəkib.
Ferqussonun atçılıq yarışlarında da uğur qazandığı da Britaniya mediası tərəfindən dəfələrlə tirajlanıb. "The Guardian"ın xəbərinə görə, onun atı "Clan Des Obeaux" Liverpuldakı yarışda qalib gəlib. Ferqyusonun 25 ildir bu işlə məşğul olduğu iddia edilib.
Mirağa