Ferqyusonun 80 yaşı tamam oldu

Ferqyusonun 80 yaşı tamam oldu

Bu gün futbol tarixinin ən titullu baş məşqçisi Ser Aleks Ferqyusonun doğum günüdür.

Fanat.Az xəbər veriri ki, tanınmış mütəxəssis 31 dekabr 1941-ci ildə Qlazqoda (Şotlandiya) dünyaya göz açıb.

Ferqyuson futbola 16 yaşında Şotlandiyanın “Quins Park” həvəskar klubunda başlayıb. Həmin yaşlarında həm də gəmiqayırma zavodunda işləyirdi. Peşəkar müqaviləsini isə yalnız 1964-cü ildə "Dunfermlin" klubu ilə bağlayıb. 

Baş məşqçi olaraq Ferqyusonun nailiyyətləri:

2 dəfə Çempionlar Liqasının qalibi (1999, 2008); Kuboklar Kubokunun 2 qat qalibi (1983, 1991); 2 dəfə UEFA Superkubokunun qalibi (1983, 1991); qitələrarası kubokun qalibi (1999); Klublararası Dünya Çempionatının qalibi (2008); 3 qat Şotlandiya çempionu (1980, 1984, 1985); 4 qat Şotlandiya kubokunun qalibi (1982, 1983, 1984, 1986); Şotlandiya Liqa Kubokunun qalibi (1986); 13 qat İngiltərə çempionu (1993, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2003, 2007, 2008, 2009, 2011, 2013); 5 dəfə İngiltərə Kubokunun qalibi (1990, 1994, 1996, 1999, 2004); 4 dəfə İngiltərə Liqa Kubokunun qalibi (1992, 2006, 2009, 2010); 10 dəfə İngiltərə Superkubokunun qalibi (1990, 1993, 1994, 1996, 1997, 2003, 2007, 2008, 2010, 2011); 11 dəfə İngiltərə Premyer Liqasında Mövsümün Baş məşqçisi (1993/94, 1995/96, 1996/97, 1998/99, 1999/2000, 2002/03, 2006/07, 2007/08, 2008/101, 2008/0101/ /13); 4 dəfə "World Soccer Magazine" tərəfindən ilin ən yaxşı baş məşqçisi (1993, 1999, 2007, 2008); UEFA-da ilin klub məşqçisi (1998/99).

2012/13 mövsümündə Premyer Liqada növbəti - 13-cü qələbəsini ("Mançester Yunayted"in tarixdə 20-ci titul) qazanan məşqçi karyerasını başa vurduğunu açıqlayıb. Onun rəhbərliyi altında "Mançester Yunayted" 1500 oyun keçirib - 338 heç-heçə, 267 məğlubiyyət və 895  qələbə.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər