Ferqyuson xəstəxanadan çıxdı

Ferqyuson xəstəxanadan çıxdı
Bildiyiniz kimi, "Mançester Yunayted”in əfsanəvi sabiq baş məşqçisi Aleks Ferqyusonun səhhətində problem yaranmışdı.
 
Fanat.Az xəbər verir ki, o, artıq xəstəxanadan çıxıb.
Həkimlər Ser Aleksin özünü yaxşı hiss etdiyini, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcəyini bildiriblər.
 
Mayın 5-də şotlandiyalı mütəxəssis beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Onun üzərində cərrahiyyə əməliyyatı aparılmşdı. Ferqyuson 3 gün koma vəziyyətində qaldıqdan sonra özünə gəlmişdi.
Bildirilir ki, ser Aleks növbəti mövsümün əvvəlində "Mançester Yunayted”in oyunlarını "Old Trafford”da izləyəcək. Onun DÇ-2018-in oyunlarına baxacağı da deyilir.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər