Ferqyuson iki ay döyüşə bilməyəcək - SON DURUM

Ferqyuson iki ay döyüşə bilməyəcək - SON DURUM
UFC döyüşçüsü Toni Ferqyusonun oktaqondan nə qədər uzaq qalacağı məlum olub.
Fanat.Az "MMA Junkie"yə istinadən xəbər verir ki, Ferqyusonun zədələr səbəbindən yaxın iki ay ərzində döyüşməsi mümkün olmayacaq.
Amerikalı idmançı Castin Qeji ilə döyüşdən sonra xəstəxanaya yerləşdirilmişdi. Döyüş zamanı Tonidə hematoma aşkarlanmış və sağ gözünün altı yarılmışdı. Onun almacıq sümüyünün sındığı bildirilir.
Qeyd edək ki, Qetjinin endirdiyi 143 zərbədən 100-ü Ferqyusonun baş nahiyəsinə dəymişdi. Hakim 5-ci raundda döyüşü dayandırmış və Castin texniki nokautla qələbə qazanaraq yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər