Fərid oynadı, bəs Samir hanı?

Fərid oynadı, bəs Samir hanı?
Çexiyanın 2-ci liqasında 28-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Vlasim”ə 0:1 hesabıyla yenilib.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
 
"Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər