Çexiyanın 2-ci divizionunda 2020/2021 mövsümü başa çatıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin şərəfini qoruduğu "Viktoriya” da mövsümün sonuncu matçına çıxıb.
Jijkov təmsilçisi "Mas Taborsko”nu qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Start "11-lik"də yer alan Fərid 80-ci dəqiqədə əvəzlənib.
26 oyunda 42 xal yığan "Viktoriya” mövsümü 4-cü pillədə başa vurub. Nəbiyev bu oyunlardan 23-ündə forma geyinib və 4 qol vurub.
Fanat.Az