"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "Arsenal"ın vingeri Bukayo Sakanın çıxışı haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, FIVE-yə ekspert kimi qatılan 22 yaşlı futbolçunu dünya səviyyəli oyunçu saymadığını deyib:
"Dünya səviyyəli oyunçu olduğunu hələ Çempionlar Liqasında göstərməyib. Mən son mərhələlərdən danışıram. Saka yüksək səviyyəli oyunçudur, məni səhv başa düşməyin. Ancaq hələ dünya səviyyəli futbolçu deyil".
Saka bu mövsüm "Arsenal"ın heyətində 31 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt" hazırda İngiltərə millisinin futbolçusunun dəyərini 120 milyon avro qiymətləndirir.