Ferdinand: "Rüdiger vəhşidir"

Ferdinand: "Rüdiger vəhşidir"

"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş müdafiəçisi Rio Ferdinand "Çelsi"nin futbolçusu Antonio Rudigerə təriflər yağdırıb.

Fanat.Az xəbər verir ki, bu barədə ingiltərənin "Football London" nəşri məlumat yayıb.

Ferdinand İPL-də ən güclü hesab etdiyi 2 müdafiəçinin adını hallandırıb:

"Tomas Tuxelin (Thomas Tuchel) "Çelsi "də etdiklərinə hörmətlə yanaşmamaq mümkün deyil. Rüdigerə baxın. Tuxel "Çelsi"nin baş məşqçisi olandan bəri bəlkə də Premyer Liqanın ən yaxşı müdafiəçisidir. Bu siyahıya Ruben Diaşı da əlavə edə bilərəm (Ruben Dias). Ancaq Rüdiger inanılmaz müdafiəçidir, o, sadəcə olaraq vəhşidir"

Xatırladaq ki, Rüdiger 2017-ci ildən "Çelsi"nin şərəfini qoruyur.   

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər