Ferdinand Konte haqda: "O, qalib məşqçidir"

Ferdinand Konte haqda: "O, qalib məşqçidir"

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Antonio Kontenin (Antonio Conte) "Tottenhem"ə təyinatına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 42 yaşlı veteran futbolçu bu barədə "Sky Sport"a danışıb:

"Tottenhem" Konte ilə daha da şanslı olduqlarını başa düşməlidir. O, qalib məşqçidir. Konte həm qalib gəlməyi, həm də komandaya qalibiyyət ruhunu necə aşılayacağını bilir”.

Xatırladaq ki, "Tottenhem" ötən gün Antonio Kontenini baş məşqçisi olaraq təqdim edib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər