“Fənərbaxça”dan inamlı qələbə

“Fənərbaxça”dan inamlı qələbə

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Ankaragücü” - “Kasımpaşa” matçında qapılara qol vurulmayıb. “Fatih Karagümrük” evdə “Antalyaspor”a uduzub. Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma meydanda son çempion “Trabzonspor” üzərində əzmkar qələbəyə sevinib.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” isə səfərdə “Sivasspor”u məğlub edib.

Türkiyə Super Liqası 32-ci tur 28 aprel

Alanyaspor – Ümraniyəspor 1:0 Qol: Koka, 4.

29 aprel

Fatih Karagümrük – Antalyaspor 0:1 Qol: D.Sinik, 21.

Konyaspor – Trabzonspor 2:1 Qol: Pozuelo, 37. S.Dikmen, 85 – Hamşik, 12.

Ankaragücü – Kasımpaşa 0:0

Sivasspor – Fənərbaxça 1:3 Qol: Kaysedo, 76 – Rossi, 22. F.Kadioğlu, 45+1; 45+10.

30 aprel

20:00. Beşiktaş – Qalatasary

1 may

21:00. İstanbulspor – Girəsunspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər