Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Eyüpspor"dan Umut Nayırı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
Nayır son mövsümü icarə əsasında "Ümraniyəspor"da keçirib. Türkiyə millisinin üzvü ötən mövsüm Super Liqada 31 matçda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.