Bu gün "Fənərbaxça”nın yeni prezidentinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az-ın məlumatına görə, "Ülkər Stadionu”nda baş tutan səsvermədə iki namizəd mübarizə aparıb.
Sabiq başqan Aziz Yıldırımla Ali Koçun gərgin mübarizəsini ikinci qazanıb. Yerli mətbuat Türkiyənin ən zəngin iş adamlarından olan Ali Koçun qələbə qazandığını iddia etsə də, bu an üçün seçkinin tam nəticələri açıqlanmayıb.
Ali Koçun idarə heyətində Semih Özsoy, Nevres Erol Bilecik, Mehmet Burhan Karaçam, Sevil Zeynep Becan, Şaban Erdikler, Mustafa Tankut Turnaoğlu, Fethi Pekin, Metin Şen, Turhan Şahin, Mustafa Kemal Danabaş, Acar Sertaç Komsuoğlu, Simla Türker Bayazıt, Ömer Okan, Burak Çağlan Kızılhan yer alıb.
Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri 20 ildir ki, fasiləsiz olaraq "Fənərbaxça” prezidenti idi.
Fanat.Az