"Fənərbaxça" Kokunu qovacaq?

"Fənərbaxça" Kokunu qovacaq?
"Fənərbaxça" rəhbərliyi komandanın "Rizəspor"a 0:3 hesablı yenilgisindən sonra baş məşqçi Filip Koku ilə bağlı qərar verməyə hazırlaşır.
 
Fanat.Az xəbər verir ki, hollandiyalı mütəxəssisin meneceri Türkiyəyə dəvət olunub. Məlumatlara görə klub rəhbərliyi Kokunun meneceri ilə məhz onun müqaviləsinə xitam vermək yönündə söhbətləşəcək. Rəhbərlik menecerdən məşqçi ilə müqavilənin detallarında olan bonuslardan vaz keçməsini istəyəcək. 
 
Klubda ilinə 1,9 milyon avro əməkhaqqı alan Koku ilə bağlı ən çox danışılacaq mövzu məhz təzminat məsələsi olacaq. 
 
Klub mütəxəssislə müqaviləyə xitam verəcəyi təqdirdə isə bunlar olacaq
 
- Məşqçi xitam tarixindən etibarən 1 illik maaşını alacaq.
- Mövsümün ortasında göndərilirsə, təyin olunmuş bonusları tam şəkildə alacaq
- Xitam verilir və həmin mövsümdə "Fənərbaxça" çempion olarsa, bütün bonuslar məşqçiyə veriləcək
- Xitam verilir və həmin mövsümdə "Fənərbaxça" liderdən maksimum 8 xal geridə qalarsa məşqçi yenə bonusları alacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər