"Fənərbaxça”nın heyətində yayda radikal dəyişikliklər olacaq.
Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatı "sarı bülbüllər”in transfer siyahısının indidən hazırlandığını ictimaiyyətə çatdırıb.
"Fənər”in ilk hədəfi "Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqasdı. London klubu ilə müqavilə müddəti mövsümün sonunda bitəcək ispan İstanbul klubuna havayı keçə bilər. Artıq "Fənərbaxça”nın fransız idman direktoru Damien Komolli futbolçunun meneceri Darren Deinlə görüşüb. Tərəflər keçidin detallarını müzakirə edib. Həm Komolli, həm də "Fənərbaxça”nın prezidenti Ali Koçla dost olan Dein müştərisinin Türkiyədə yalnız "Fənər”in formasını geyinəcəyinə söz verib.
"Milan”ın da arzuladığı Fabreqasda daha bir İstanbul nəhənginin - "Qalatasaray”ın da gözü var.
Fanat.Az