Federerin 19 illik seriyasına son qoydu

Federerin 19 illik seriyasına son qoydu

İspaniyalı Rafael Nadal ATP (Peşəkar Tennisçilər Assosiasiyası) tərəfindən təsis edilən azarkeşlərin ən sevimli tennisçisi mükafatına layiq görülüb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı raketka ustası mükafatı ardıcıl 19 il qazanan isveçrəli Rocer Federerdən sonra ilk dəfə bu kateqoriyada qalib elan edilib.

Nadal mükafata sahib çıxan 4-cü tennisçi olub. Rusiyalı Marat Safin iki, braziliyalı Qustavo Kuerten isə bir dəfə bu uğura yiyələniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər