Federasiya rəhbəri ömürlük həbs cəzası aldı

Federasiya rəhbəri ömürlük həbs cəzası aldı

Çində səs-küylü məhkəmə prosesi başa çatıb.

Fanat.Az "EuroFootball"-a istinadən xəbər verir ki, Çin Futbol Federasiyasının keçmiş rəhbəri, 67 yaşlı Çen Xuan ömürlük həbsə məhkum edilib. 

Mənbənin məlumatına görə, o, 11 milyon avrodan artıq məbləğdə mənimsəmədə - başqa sözlə, böyük miqyasda korrupsiyada ittiham olunur. Çen Xuanın hətta edam olunacağı gözlənilsə də, məhkəmə bu hökmü verməyib. Yerli mətbuat bunu Çinin dünya çempionatına evsahibliyi etmək istəyi ilə əlaqələndirib.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər