Albaniyada Albaniya Futbol Federasiyasının prezidenti Armand Dyukun həyatına qəsd edilib.
Fanat.Az ABC nəşrinə istinadən xəbər verir ki, dünən Durres şəhərində 4-cü mikrorayonda trotilin partlaması qeydə alınıb.
Naməlum şəxs Armand Dyukun evinin yaxınlığındakı darvazaya bomba yerləşdirib və o, məmur evdə olmayan zaman partlayıb. Hadisədən sonra dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirməyə başlayıblar.

“Ailə, oğul, arvad evdə idi, indicə gəlmişdim. Çox istərdim ki, təsadüf olsun. Xoşbəxtlikdən ziyan dəyməyib, darvaza mənzildən kifayət qədər uzaqdadır, partlayış kifayət qədər böyük olub. Qapı artıq işləmir, amma bunun heç bir əhəmiyyəti yoxdur. Kameralarda görüntülər var. Naməlum bir adam darvazaya yaxınlaşaraq qapını açan mexanizmə dinamit qoydu, bundan bir qədər sonra dinamit partladı”, - deyə Dukanın özü hadisədən sonra bildirib.
Qeyd edək ki, Armand Dyuk 20 ildir Albaniya Futbol Federasiyasına rəhbərlik edir. Martın 2-də təşkilat üçün yeni prezident seçkiləri gözlənilir və Dyuk altıncı müddətə namizəd olacaq. Mirağa