Fatih Terimin İranın "İstiqlal" klubundan təklif aldığını xəbər vermişdik. Fanat.Az xəbər verir ki, "İmperator"un klub rəhbərliyindən tələb etdiyi məbləğ açıqlanıb.
Terim İran klubunun rəsmiləri ilə İstanbulda keçirdiyi görüşdə illik 4 milyon avro maaş istəyib. O, həmçinin yekun qərarını yaxın günlərdə verəcəyini bildirib.
Qeyd edək ki, "İstiqlal"ın Terimlə görüşən təmsilçi Emir Sultani də onun bəzi şərtlər irəli sürdüyünü bildirmişdi: "Fatih Terim təklifdən məmun oldu və təbii olaraq bəzi tələblər irəli sürdü. Bunları rəhbərliyə çatdırdıq. Fatih Terim dünyanın ən yaxşı müsəlman baş məşqçisidi. Onun üçün yüksək maaş ödəməyi gözə almışıq".
Fanat.Az