"Qalatasaray"da hücumçuların çıxışından razı qalmayan Fatih Terim yeni forvard istəyir.
Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, Mbaye Dianın satılacağını təsdiqləyən təcrübəli məşqçi Skandinaviya ölkələrindən olan hücumçulara üstünlük verir.
68 yaşlı mütəxəssis axtarışlarda keçmiş "Qalatasaray"lı Yuhan Elmanderin dəstəyinə ümid edir.
Xatırladaq ki, "Qalatasaray" 12 turdan sonra Türkiyə Superliqasında 21 xalla 4-cü pillədə qərarlaşıb.
Emin