Fatih Terim danışdı: "Məni yarıyolda qoydular"

Fatih Terim danışdı: "Məni yarıyolda qoydular"

"Qalatasaray"ın istefaya göndərdiyi baş məşqçi Fatih Terim açıqlama verib. 

Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, jurnalist Mətin Qarabaş 68 yaşlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Bir layihə üçün hər şeyi riskə atdım. Beləcə razılaşdıq, amma məni yarıyolda qoydular. Hər şeyə nail ola biləcəyinizi bilirəm. Kimi incitmişəmsə, haqqını halal etsin".

Xatırladaq ki, klub rəhbərliyi ilə mütəxəssis arasında görüş ötən gün keçirilib. Bu gün isə "Qatalasaray" Fatih Terimin istefaya göndərilməsi xəbərini rəsmi "Twitter" səhifəsində yayımlayıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər