Fariz Nəcəfov: "Ramin Musayev də limitin dəyişdirilməsinin tərəfdarıdı, amma..."

Fariz Nəcəfov: "Ramin Musayev də limitin dəyişdirilməsinin tərəfdarıdı, amma..."
"Premyer Liqanın limit məsələsi uyğun gəlmir, çünki legioner oyunçularımızı çox saxlaya bilmirik. Güclü yerli futbolçular da çox azdı. Limit dəyişdirilsə, yaxşı olar. Bu, avrokuboklarda yaxşı çıxış etməyimizə kömək edəcək". Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klub rəsmisi bildirib ki, PFL prezidenti Ramin Musayev də limitin dəyişdirilməsinin tərəfdarıdı: "Amma onun həll edəcəyi məsələ deyil. Bu məsələni də gündəmə gətirən yalnız bizim klubdu, başqa klublardan dəstək gəlmir. Hesab edirəm ki, biz səbəbi əsaslandırırıq. Bu limit yeni futbolçu nəslinin yetişməsinə kömək etmədi. Ortaya sübut qoymaq lazımdı. Amma belə futbolçu yoxdu. Gətirdiyimiz legionerlər səviyyəsində yerli oyunçularımız olsa, bu söhbəti açmazdım. Ancaq belələri yoxdu".
Fariz Nəcəfov ehtiyatda qalan legionerlərlə bağlı danışıb: "Həmin futbolçuları ümidlə transfer etmişdik. Ancaq heyətə düşə bilmirlər, üstəlik narazıdılar. Narazılıqlarını haqlı hesab edirəm. Çünki buraya oynamaq üçün gəliblər. Amma limit məsələsinə görə ehtiyatda qalırlar. Baş məşqçini də qınamıram. Onun razı qaldığı heyət var və digərlərini əlavə edə bilmir".
Vitse-prezident transfer məsələləri ilə də bağlı açıqlama verib: "Məşqçi ilə söhbətimiz olub, amma kubok oyunundan sonra da görüşəcəyik. Ciddi dəyişiklik gözlənilmir. Hər kəsin müqaviləsi davam edir".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər