Falkao niyə "3 nömrə"ni seçib? - Səbəb

 Falkao niyə "3 nömrə"ni seçib? - Səbəb

"Qalatasaray" klubunu tərk edən Kolumbiyalı hücumçu Radamel Falkao (Radamel Falcao) 8 ildən sonra yenidən İspaniya La Liqasında çıxış edir. "Rayo Valyekano" klubunun şərəfini qoruyan futbolçunun 3 nömrəli formanı seçməsi azarkeşlərdə böyük maraq oyadıb.

Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, mərkəz hücumçusunun 3 nömrəli geyim formasında oynaması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Falkaonun atası Radamel Qarsiya da futbolçu olub və 3 nömrə altında çıxış edib. 2019-cu ildə ata Radamel dünyasını dəyişib. Falkao isə bu şəkildə atasının xatirəsini ehtiramla yad etdiyini bildirib.

Xatırladaq ki, La Liqanın cari mövsümündə Falkao "Rayo Valyekano"nun heyətində 2 qol vurub.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər