Falkao klubunu və elçilərini mat qoydu- açıqlama

Falkao klubunu və elçilərini mat qoydu- açıqlama

“Monako”nun kolumbiyalı forvardı Radamel Falkao bu ay Çindən sərfəli təkliflər aldığını etiraf edib. Fanat.Az xəbər verir ki, ulduz futbolçu asiyalıların arzusunu gözündə qoymasının səbəbini də izah edib:

“Belə təklifləri geri çevirmək asan deyildi. Amma Çin çempionatı mənlik deyil. 3 dəfə onlara “yox” demişəm. Əlbəttə, klubum da maddi qazanc əldə edə bilərdi. Getmədiyim üçün “Monako” da pul itirdi. Nə edə bilərəm ki... Mənim də öz hədəflərim var. Karyeramı Avropada davam etdirməkdə maraqlıyam. “Monako”yla ciddi uğur qazanmaqda qərarlıyam”.

 

Falkaonun komandası 21 tura 48 xal toplayıb və Fransa çempionatının lideridi. Forvard bu mövsüm “Monako” formasıyla çıxdığı 15 çempionat oyununda 12 top vurub.

Qeyd edək ki, Çin klublarından biri ona görə klubuna 50 milyon avro verməyə hazır idi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər