Əziz Yıldırım geri qayıdır

Əziz Yıldırım geri qayıdır
"Fənərbaxça"nın sabiq prezidenti Əziz Yıldırım geri dönür. 
Fanat.Az xəbər verir ki, bu barədə iddianı İldırıma yaxınlığı ilə tanınan futbol şərhçisi Sinan Engin irəli sürüb. 
"Bəyaz futbol" proqramına qonaq olan Engin "Əziz Yıldırımın fevral ayında konqresə gedəcəyini və ağır danışacağını eşitdim" deyə qeyd edib. 
"Fənərbaxça"nın keçmiş rəsmi işçilərindən biri "Əli Koç idarəçiləri bizi günahlandırır. Amma bizim aldığımız futbolçuları satıblar. 50 qol vuran Fernando hanı? Giuliano, Josef hardadı? Bu rəhbərliyin aldığı futbolçular göz önündədir. Komanda Əziz Yıldırıma görə bu hala gəlməyib. Susuruqsa, alicənablıqdandı. Bizi danışdırmasınlar. Dekabr, yanvar ayı gəlsin danışacağıq. Çox ağır danışacağıq", deyə danışdığını bildirib Engin. 
 
Qeyd edək ki, 13 turdan sonra "Fənərbaxça" 13 xalla 15-ci pillədə qərarlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər