Etiraz edən azarkeşlər tribunaya geri dönür

Etiraz edən azarkeşlər tribunaya geri dönür

İngiltərənin "Nyukasl" klubunun bəzi azarkeşləri uzun fasilədən sonra komandanı meydandan dəstəkləyəcəklər.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 2018/19 mövsümündən bəri bir qrup azarkeş klubun sahibi Mayk Eşli (Mike Ashley) və baş məşqçisi Stiv Bryusa (Steve Bruce) etiraz olaraq komandanı boykot edirdi. Amma klubun sahibi dəyişdikdən sonra azarkeşlər tribunalara geri dönməyə qərar verib.

Məlumatda bildirilir ki, bilet satışında nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Belə ki, "Sent Ceyms Park"ı əvvəllər orta hesabla 45 000 tamaşaçı ziyarət edirdisə, "Tottenhem"lə qarşılaşmaya artıq 52 000 bilet satılıb.

Xatırladaq ki, "Nyukasl" klubunun Səudiyyə Ərəbistanının Dövlət investisiya fondu tərəfindən 350 avroya satın alınıdığı iddia olunur.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər