Sol cinah müdafiəçisi Eşli Yanq rəsmən “Everton”un sıralarına qoşulub.
Fanat.Az xəbər verir ki, Mersisayd klubu "Mançester Yunayted"in keçmiş hücumçusunu transfer etdiyini açıqlayıb.
Xatırladaq ki, Eşli Yanq bu yaxınlarda "Aston Villa" ilə müqaviləni yeniləməkdən imtina edərək klubdan azad agent olaraq ayrılmışdı. 38 yaşlı futbolçu karyerasını bitirməyib və "Everton"la müqavilə imzalamağa qərar verib.
İngilis futbolçu ilə anlaşma gələn mövsümün sonuna kimi hesablanıb.
Eşli karyerası ərzində "Uotford" və "İnter Milan" klublarda da oynayıb.
Mirağa