Ermənini yenən stolüstü tennisçimiz 1/4 finala yüksəldi

Ermənini yenən stolüstü tennisçimiz 1/4 finala yüksəldi

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə stolüstü tennis üzrə “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start verilib. 

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur.

Əvvəlcə oğlanların mübarizəsi başlanıb. Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək. 

Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. 1/8 finalda İran idmançısı Seyedsina Horeyşianı üstələyən A.Əhmədzadə adını 1/4 finala yazdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər