Erik ten Haqın köməkçiləri bilindi

Erik ten Haqın köməkçiləri bilindi

İngiltərə millisinin keçmiş çalışdırıcısı Stiv Maklaren və niderlandı mütəxəssis Mitçel van der Qaq “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haqın köməkçiləri təyin ediliblər.

Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

1999-cu ildə, “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olan zaman Maklaren artıq klubda baş məşqçinin köməkçisi idi.

Van der Qaq isə "Ayaks"da Erik ten Haqın köməkçisi işləyib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər